Azərbaycanın tanker və gəmi-bərəsi yaxında istifadəyə veriləcək
“Həm tanker, həm gəmi-bərə suya salınsa da, onların gövdəsində işlər aparılır. Qısa zamanda tikinti işlərinin yekunlaşması gözənilir. Gəmi-bərənin Xəzər dənizində, tankerin isə Xəzər dənizi ilə yanaşı, beynəlxalq sularda istifadə edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, ASCO-nun Bakı Gəmiqayırma Zavoduna sifariş verdiyi 4 tankerdən artıq ikisi - “Laçın” və “Kəlbəcər”, eləcə də “Azərbaycan” gəmi-bərəsi istismara verilib.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


