Hökumət “Azərististiliktəchizat”ın borcunu üzərinə götürdü

Hökumət “Azərististiliktəchizat”ın borcunu üzərinə götürdü
  15 Dekabr 2021    Oxunub:1675
“Azərististiliktəchizat” ASC-nin “Azəriqaz”a olan borcunu Azərbaycan hökuməti öz üzərinə götürüb. Bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib. O xatırladıb ki, noyabrın 14-də “Azəriqaz” və “Azəristiliktəchizat”ın rəhbərliyi arasında danışıqlar olub.
Çünki bir gün sonra, yəni noyabrın 15-də qış rejiminə keçid olacaqdı. Bu baxımdan vətəndaşların evlərinə istiliyin verilməsi zərurəti yaranmışdı. Danışıqların nəticəsi olaraq, “Azəriqaz” bu quruma yaranmış borcun ödənilməsi üçün bir həftəlik möhlət verdi. Burada söhbət 34 milyon manatdan çox vəsaitdən gedirdi. Amma “Azəristiliktəchizat” bu vəsaitin 14 milyon manatını mübahisəli predmet kimi qiymətləndirirdi və 20 milyon manatın üzərində olan məbləğdən danışırdı. Buna baxmayaraq, “Azəriqaz” quruma bir həftə möhlət verdi,- Eldəniz Vəliyev deyib.

O, bidlirib ki, işin gedişində növbəti görüşlər və danışıqlar keçirilirdi: “Qarşı tərəfin xahişi ilə qərara alındı ki, bu möhlət dekabrın 15-nə qədər uzadılsın. Bu gün artıq bu möhlət tamam olur. Təbii ki, bu gün hər kəsi bu möhlətin bitdiyi üçün vətəndaşın aqibəti necə olacağı düşündürür. Hər kəsi qazanxanalara veriləcək mavi yanacağın dayandırılacağı və ya uzadılacağı maraqlandırır”.

O qeyd edib ki, məsələdən hökumət xəbərdar idi: “Hökumət məsələnin ciddiliyini nəzərə alaraq, “Azəristiliktəchizat” ASC-yə 12 milyon manat vəsait ayırdı. Bu, “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcunun müəyyən hissəsidir və tam hissə deyil. Hökumət vətəndaşları nəzərə alaraq borcun digər hissəsini də öz üzərinə götürür. Hazırda “Azəristiliktəchizat”ın “Azəriqaz”a ödəniləcək 12 milyon manatın sənədləşmə prossesi həyata keçirilir. Qurumun “Azəriqaz”a olan borcunun qalan hissəsi də hökumətin üzərinə düşəcək”.

E. Vəliyev əlavə edib ki, bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti