Rusiya XİN liderlərin Brüssel görüşünə münasibət bildirib

   Rusiya XİN liderlərin Brüssel görüşünə münasibət bildirib
  15 Dekabr 2021    Oxunub:2030
Biz Azərbaycanla Ermənistan arasında birbaşa təmasların davamını alqışlayırıq.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü şərh edərkən deyib.

“Liderlərin görüşü dünən axşam baş tutub. Müzakirələrin məzmunu ilə bağlı məlumatlar gəlməyə davam edir. Biz əlbəttə ki, bu məlumatları analiz edirik. Ümid edirik ki, baş tutan müzakirələrin yekunu Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının reallaşmasına kömək edəcək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

AzVision.az



Teqlər: Rusiya   .XİN  



Xəbər lenti