Valideynini itirmiş tələbələr ödənişsiz təhsil alacaq

Valideynini itirmiş tələbələr ödənişsiz təhsil alacaq
  02 Aprel 2013    Oxunub:1523
Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək.
Milli Məclisin Sosial siyasət komitəsinin keçirilən iclasında bununla bağlı "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, Azərbaycanda 2009-2012-cu ildə bu kateqoriyadan olan 166 tələbədən 19 nəfəri ödənili əsasla oxuyur, bunların 17-i isə özəl ali təhsil müəssisələrində tədris alır.

H.Rəcəbli qeyd edib ki, əgər uşaq valideynlərindən birini itiribsə və ikinci valideynin əlillik statusu varsa, həmin uşaq da bu güzəştlərdən yararlana bilər.

Millət vəkili Əhliman Əmiraslanov isə bildirib ki, bu qanun qəbul olunduqdan sonra ali təhsil alan valideyin himyəsindən məhrum olan şəxslərin sayı ən azı iki dəfə artacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub./trend/



Teqlər:  





Xəbər lenti