Paytaxt yollarında sıxlıq bir sıra avtobusların hərəkətini ləngidir - BNA

   Paytaxt yollarında sıxlıq  bir sıra avtobusların hərəkətini ləngidir -    BNA
  16 Dekabr 2021    Oxunub:864
Hazırda paytaxt yollarında, xüsusəndə əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az -a verilən məlumata görə, bu səbəbdən də bir sıra istiqamətlər üzrə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə var.

Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxac qalıb və hərəkət qrafikindən gecikir.

Ziya Bunyadov prospektində 20 yanvar istiqamətdə 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Bakı Sumqayıt şossesi mərkəz istiqamətdə tıxac səbəbindən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

AzVision.az


Teqlər: BNA  



Xəbər lenti