Bakıda qardaşları bıçaqlayanın məhkəməsi başlayır
Belə ki, 26 yaşlı Allahverdiyev Maqsud Bəhram oğlu və qardaşı 29 yaşlı Allahverdiyev Rəcəb Bəhram oğlu köşkdə naməlum şəxslərin hücumuna məruz qalıb. Nəticədə M.Allahverdiyevə ağız boşluğu, bilək, qarın və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq, R.Allahverdiyevə isə beş bıçaq zərbəsi vurulub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı P.Əliyev Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində tutulub. Onun barəsində Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
AzVision.az
Teqlər: Məhkəmə







Vaxtında, Aydın, Lazımlı!


