Daha 2 məktəbdə əyani dərslər bərpa olunub

Daha 2 məktəbdə əyani dərslər bərpa olunub
  16 Dekabr 2021    Oxunub:1861
Bakıdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə AzVision.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".

AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti