“Ermənistanın verdiyi mina xəritələrinin dəqiqlik səviyyəsi aşağıdır” - Nazir
“Düşmənin vəhşiliklərinin üstü indi açılıb. O ərazilər insanları məhv etmək üçün minalanıb, hər yeri dağıdıblar. Əgər bu torpaqlar sizindirsə, niyə dağıntılar törədirdiniz? Bu, onların xislətini göstərir”.
Nazir vurğulayıb ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqlik səviyyəsi aşağıdır. "Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-də xüsusi bir alay yaradılıb. Minaaxtaranlarımız ANAMA və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Minalar təmizləndikdən sonra azad edilmiş ərazilərdə kəndlərin, şəhərlərin, sənayenin inkişafı üçün, bundan sonra orada insanların rahat yaşaması üçün şərait yaradılacaq. Ora min il əvvəl Azərbaycan torpağı idi, min il sonra da elə olacaq”.
AzVision.az
Teqlər: Mina







Vaxtında, Aydın, Lazımlı!


