Xaçmazda qadın qonşusunu bıçaqladı

Xaçmazda qadın qonşusunu bıçaqladı
  16 Dekabr 2021    Oxunub:1236
Daxili İşlər Nazirliyi Xaçmazda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Mərziyyə Qədiyeva mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən M.Qədiyeva evdən mətbəx bıçağını götürüb Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti