“Omikron”nun sayı hər iki-üç gündə iki dəfə artır

“Omikron”nun sayı hər iki-üç gündə iki dəfə artır
  16 Dekabr 2021    Oxunub:949
“Omikron” ştamı sürətlə yayılır və ona yoluxanların sayı hər iki-üç gündə iki dəfə artır.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi Devid Nabarro bildirib. Nabarro koronavirus səbəbi ilə ölüm hallarının artacağını istisna etməyərək, yaxın zamanda problemin ciddi olacağını qeyd edib.

Onun fikrincə, “omikron” ştamının koronavirusun digər variantları ilə müqayisədə daha yüksək sürətlə yayılması xəstəxanaya yerləşdirmə hallarının sayının artmasına və tibb işçiləri ilə səhiyyə sistemlərinə düşən yükün artmasına səbəb olacaq.

Noyabrın 26-da ÜST Afrikanın cənubunda aşkar edilən koronavirusun B.1.1.529 ştamını “omikron” adlandırıb. Təşkilatın açıqlamasında bu növün "çoxlu sayda mutasiyaya malik olduğu, onlardan bəzilərinin isə narahatlıq doğurduğu" qeyd edilib.

AzVision.az



Teqlər: Omikron  



Xəbər lenti