Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı barədə məlumat verərək, ənənəvi təhsilin davam etdirilməsində pandemiya qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğulayıb. O, robototexnikanın inkişafının müxtəlif sənaye sahələrində inkişafa töhvə verəcəyini, məktəblilər üçün robototexnika üzrə təlimlərin təşkilinin gələcəkdə bu sahədə mütəxəssislərin yetişməsində müstəsna rolu olacağını bildirib.
Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəbin direktoru İradə Cəlilova rəhbərlik etdiyi müəssisədə robototexnika təlimlərinin təşkilindən məmnununluğunu ifadə edib, layihənin uğurlu icrasının bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasında olan önəmindən danışıb.
Layihə fəaliyyətini əks etdirən videogörüntülər izlənilib və layihənin təlimçisi Ayaz Məmmədovun müşayiəti ilə iştirakçılar hazırladıqları robotların, əl işlərinin təqdimatını həyata keçiriblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


