Bakının ən uzun yolkası "Azneft"də qurulur
Bayram tərtibatı və hazırlıq işləri Dənizkənarı Bulvarda və İçəri şəhərdə də aparılır.
Eyni zamanda təsdiq olunmuş dislokasiyalara uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əsas etibarı ilə metro stansiyalarının çıxışlarında çadırlar qurulub ki, burada da şəhər sakinləri və qonaqlar üçün bayram yarmarkaları təşkil olunub.
Parkların bəzədilməsi və yolkaların qurulması işlərinın dekabr ayının 22-nə kimi başa çatdırılması nəzərdə tutulub.
Ümumilikdə isə bu il Yeni il bayramı ilə bağlı şənliklərinin keçirilmə qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirib.
Paytaxt sakinlərindən xahiş edirik ki, Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda pandemiya ilə bağlı müəyyən edilmiş mövcud qaydalara və tələblərə uyğun hərəkət etsinlər, özlərini, ailə üzvlərini və yaxınlarını xəstəliyə yoluxmaqdan qorusunlar.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


