Taksi sürücülərini bıçaqlayıb pullarını aldı - FOTO

Taksi sürücülərini bıçaqlayıb pullarını aldı -    FOTO
  16 Dekabr 2021    Oxunub:1232
Sabirabadda taksi sürücülərinə qarşı quldurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, Sabirabad və Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabr ayının 9-da Sabirabad rayonu ərazisində iki taksi sürücüsünə bıçaqla xəsarət yetirərək, pullarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb.

Araşdırmalarla onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Adəm Namazov olduğu müəyyən edilib. A.Namazov ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun taksi fəaliyyəti ilə məşğul olan daha beş sürücünün pullarını quldurluq və dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyənləşdirilib.

Faktla bağlı saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. A.Namazovun cinayət əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Sabirabad RPŞ-nə müraciət etmələri xahiş olunur.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti