Ötən ay Kliniki Tibbi Mərkəz 105 449 xidmət göstərib

Ötən ay Kliniki Tibbi Mərkəz 105 449 xidmət göstərib
  16 Dekabr 2021    Oxunub:1069
Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəz tərəfindən vətəndaşlara 105 449 xidmət göstərilib.
Bu barədə AzVision.az -a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, Mərkəz ötən ay ən çox stasionar xidmət göstərilən tibb müəssisələri arasında da birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına əsasən, ötən ay ərzində Bakı və Sumqayıt üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri ilə bağlı olub.

AzVision.az


Teqlər: Xəstə  



Xəbər lenti