Ağdamda traktor minaya düşüb

   Ağdamda traktor minaya düşüb
  16 Dekabr 2021    Oxunub:776
Dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirktlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər: Mina  



Xəbər lenti