Xaçmazda ata və oğlu bıçaqlanıb

Xaçmazda ata və oğlu bıçaqlanıb
  16 Dekabr 2021    Oxunub:771
Həmyerlilərini bıçaqlayan şəxs polisə təslim olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Xaçmaz rayon sakini Nəriman Əsədov mübahisə zəminində həmyerliləri Beykəs Süleymanova və onun oğlu Kamrana bıçaqla xəsarət yetirib.

Hadisəni törətdikdən sonra N.Əsədov Xaçmaz Rayon Polis Şöbəsinə könüllü gələrək təslim olub. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti