Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
AzVision.az -a verilən məlumata görə, sürücü Hidayətov İlham Fərman oğlunun hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, sürücü avtobusu narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edir. Ona bu əməlin ictimai təhlükəsi izah edilib. Toplanan materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati həbs olunub.
AzVision.az