Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

   Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi
  16 Dekabr 2021    Oxunub:1594
Bu gün Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

C Liqasında yer alan yığmamız Slovakiya, Belarus, Qazaxıstan / Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Millətlər Liqasının təqvimi

1-ci tur: 2 - 4 iyun

2-ci tur: 5 - 8 iyun

3-cü tur: 9 - 11 iyun

4-cü tur: 12 - 14 iyun

5-ci tur: 22 - 24 sentyabr

6-cı tur: 25 - 27 sentyabr

Final mərhələsi: 14 - 18 iyun 2023-cü il.

AzVision.az


Teqlər:





Xəbər lenti