Qarabağda işləyəcək müəllimlərə güzəşt ediləcək?

 Qarabağda işləyəcək müəllimlərə güzəşt ediləcək?
  17 Dekabr 2021    Oxunub:1006
"İşğaldan azad edilən ərazilərdə çalışacaq təhsil işçilərinə hər hansı güzəştlərin edilməsi müzakirə edilməyib".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, həmin ərazilərdə hələ minatəmizləmə işləri aparılır:

"Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb. Orada çalışacaq müəllimlərin gedişi də planlaşdırılır. Çünki bir neçə məqama diqqət yetirmək lazımdır. Onlar həmin ərazilərə qayıtdıqda məktəblərin həcmi və şagird sayı dəyişə bilər. Bu, çox ciddi planlaşdırma tələb edən işdir. Hazırda güzəşt paketi ilə bağlı müzakirə mərhələsinə çatmamışıq".

Nazir qeyd edib ki, işğaldan azad olunan ərazilərdə nə qədər müəllimin orada çalışması məsələsi də müəyyənləşməyib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ   Müəllim  



Xəbər lenti