AzVision.az xəbər verir ki, sonra İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Demirören” Holdinqin İdarə Heyətinin sədri Yıldırım Demirören imzalayıblar. Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaqla əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulur. Müəssisənin tikintisi üçün Pirallahı Sənaye Parkında müvafiq ərazinin ayrılması, Azərbaycan İnvestisiya Şirkətinin layihədə iştirakı və ən azı, 150 nəfəri yerli olmaqla yeni iş yerlərinin açılması planlaşdırılır.
Memoranduma uyğun olaraq, “Demirören” Holdinq layihəyə 40 mln. ABŞ dollarınadək investisiya yatıracaq, istehsal prosesi ixtisaslı aparıcı şirkətlərin müvafiq lisenziyaları əsasında GMP standartlarına uyğun təşkil ediləcəkdir.
Anlaşmada, həmçinin bilik və təcrübələrin mübadiləsi, yerli universitetlərdə araşdırma və tədqiqat proqramlarının hazırlanması, sənayenin əlaqədar sahələrinin inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
AzVision.az