Övladlığa götürmə qaydası dəyişdi

   Övladlığa götürmə qaydası dəyişdi
  17 Dekabr 2021    Oxunub:1089
Azərbaycanda övladlığa götürmə qaydasına dəyişiklik təklif edilir.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir:

“Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.

AzVision.az


Teqlər: övlad  



Xəbər lenti