Ölümündən 37 gün sonra dəfn edilən şəhidimiz – Atası da Qarabağ uğrunda döyüşmüşdü
Dayısı Mehrəli Məmmədov deyir ki, Pərvinin atası da birinci Qarabağ müharibəsinin iştirakçısı olub və dörd il torpaqlarımız uğrunda döyüşüb.
“Axrıncı dəfə sentyabrın 30-u atası ilə danışıb. Ondan sonra əlaqə kəsilib. Atası oğluna deyib ki, “ehtiyatlı ol, mən də müharibədə iştirak etmişəm və onun nə demək olduğunu bilirəm”. Pərvin isə ona “Vətən uğrunda canımı da verərəm” deyə cavab verib.
Onun meyiti bir az gec, noyabrın 28-i tapılıb. Uzun müddət itkinlərin siyahısında olub. Meyit elə bir yerdə olub ki, müharibə dayanmamış götürmək mümkün olmayıb.Döyüşə 93 nəfərlə qatılıblar, ancaq indi onların dəstəsindən təxminən 3-4 nəfər sağ qalıb.
Döyüş yoldaşı danışır ki, ayağından yaralanıbmış, xəstəxanaya aparırmışlar, ancaq bacı oğlu razılaşmayıb. Deyib komandirimizi öldürüblər, onun qisasını alacağam. Yaralı ayaqla döyüşə davam edib. Ondan sonra Pərvindən xəbər olmayıb. Yoldaşları xəstəxanada xəbər tutub ki, Pərvin şəhid olub. Onu sinəsindən vurmuşdular. Hava soyuq olduğuna görə bu müddət ərzində cəsədi normal vəziyyətdə qalmışdı.
Oğlumuz atasının yolunu getdi. Atası da Qarabağ uğrunda 4 il döyüşüb, kontuziya alıb. Hər övlad kimi onun da arzuları var idi. Cəbhədən geri qayıdandan sonra valideyinlərinə dəstək olacaqdı...”.
Qeyd edək ki, Pərvin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: