Tokioda Azərbaycan Ticarət Evi açılacaq

Tokioda Azərbaycan Ticarət Evi açılacaq
  17 Dekabr 2021    Oxunub:644
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın səfiri Cuniçi Vada ilə görüşüb.
AzVision.az xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Tokioda Azərbaycan Ticarət Evinin yaradılması barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Ticarətevi  



Xəbər lenti