COVID sertifikatının xaricdə tanıdılması üçün işlərə başlanıldı

 COVID sertifikatının xaricdə tanıdılması üçün işlərə başlanıldı
  17 Dekabr 2021    Oxunub:1643
Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərinin işlənilməsi üçün İşçi Qrup yaradılıb.
Bu barədə AzVision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, İşçi Qrupun təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar”ı qəbul olunub.

"Bu Qərardan irəli gələrək aidiyyəti dövlət qurumlarının iştirakı ilə xarici ölkələrlə COVID-19 sertifikatlarının qarşılıqlı tanıdılmasına dair ilkin müzakirələr keçirilib. Müzakirələrin yekunlarına dair ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq".

Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda verilən “Peyvənd sertifikatı” hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınmadığını və olunmadığını qeyd etmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti