"Müəllimlərin orta aylıq əmək haqqı 1250 manat civarında olacaq"- Nazir müavini

 "Müəllimlərin orta aylıq əmək haqqı 1250 manat civarında olacaq"-  Nazir müavini
  17 Dekabr 2021    Oxunub:3352
"Dövlət ümumi təhsil müəssisələrində 150 minə yaxın müəllim çalışır. Bunların 82 faizi ali təhsilli müəllimlərdir. Onların orta aylıq vəzifə maaşları 564 manatdır. Həmin müəllimlərin maaşı 20 faiz artırsa, o zaman orta aylıq əmək haqqı 674 manat təşkil edəcək".
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, aylıq vəzifə maaşları 1 stavka, 18 saat dərs yükü üçün müəyyən edilib.

"Faktiki olaraq müəllimlərimizin, xüsusilə Bakıda dərs deyən müəllimlərin dərs yükü 18 saatdan çoxdur. Bakıda 22 saat dərs deyən ali təhsilli müəllimlərin əmək haqqısı orta hesabla 823 manat təşkil edəcək. Lisey və gimnaziyada çalışan 5,2 min nəfər müəllimlərin maaşlarına 15 faiz əlavə olacaq ki, onların vəzifə maaşları orta hesabla 950-1000 manat təşkil edəcək. Xüsusi təhsil müəssisələrində çalışan 1400 müəllimin maaşına 50 faiz artım olacaq ki, onların orta aylıq əmək haqqısı 1200-1250 manat təşkil edəcək.

Gənclərin çağırışa qədərki hazırlıq rəhbərlərinin maaşı 480-500 manat civarına qalxacaq. Dövlət ümumi təhsil müəssisələrində çalışan vahid tarif sorğu cədvəli əsasında əmək haqqı alan heyətin sayı 70 minə yaxındır. Minimum əmək haqqı artdığı üçün vahid tarif sorğu cədvəlində də artım olacaq. Beləliklə, həmin heyətin əmək haqqları 450 manat civarında qalxacaq. Hər iki qrup üzrə dövlət ümumi təhsil müəssisələrində əmək haqqı artımına 320 milyon manatdan artıq vəsait sərf ediləcək".

Aytən Zəhra
AzVision.az




Teqlər: Təhsil  



Xəbər lenti