"Peşə müəssisələrində əmək haqqı artımına 6,6 milyon manat sərf ediləcək"
"Dövlət peşə təhsili müəssisələrində çalan şəxslərin əmək haqqı artımına 6, 6 milyon manat vəsait yönəldiləcək.
Gənclərin hərbi çağırışa qədər rəhbərləri və fiziki tərbiyə müəllimlərinin sayı peşə təhsili müəssisələrində çox deyil, təxminən 100 nəfərə yaxındır. Onların maaşı müvafiq olaraq 40 və 30 faiz artacaq. Bundan əlavə orta ixtisas təhsili müəssisələrində 7 min nəfər, məktəbdənkənar təhsil müəsissələrində isə 9 min nəfər çalışır ki, onların da əmək haqqısı 20 faiz artacaq. Bunların vəzifə maaşları minimum əmək haqqı artımına uyğun olaraq vahid tarif cədvəlində dəyişiklər əsasında baş verəcək".
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil







Vaxtında, Aydın, Lazımlı!


