Görüş çərçivəsində Dövlət Agentliyi ilə İİB arasında həyata keçirilən əməkdaşlıq, planlaşdırılan birgə layihələr və imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə müzakirələr aparılıb. Cari ilin noyabr ayında “Dövlət xidmətlərinin effektiv şəkildə göstərilməsi və elektron idarəetmə: Azərbaycan nümunəsi” mövzusunda onlayn formada həyata keçirilmiş ikitərəfli vebinarların əhəmiyyəti vurğulanaraq onların daha böyük layihələr üçün uğurlu başlanğıc olduğu qeyd edilib.
Qonaqlar “ASAN xidmət” təcrübəsi, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən digər layihələrin onlarda böyük təəssürat yaratdığını, bundan sonra da müvafiq istiqamətlər üzrə İİB və Dövlət Agentliyi arasında əməkdaşlığın genişlənəcəyini ifadə ediblər.
Eyni zamanda qonaqlara Elektron Hökumətin İnkişafı Mərkəzinin, eləcə də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib.
Qonaqlar “ASAN Radio”nun, 108 “Çağrı” Mərkəzinin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.
Sonda “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


