"Azərbaycan bölgədə sabitlik və dayanıqlı inkişafa hədəflənib" - Nazir

   "Azərbaycan bölgədə sabitlik və dayanıqlı inkişafa hədəflənib" -    Nazir
  17 Dekabr 2021    Oxunub:611
"Münaqişədən sonra Azərbaycan bölgədə sülh quruculuğu, sabitlik və dayanıqlı inkişafa hədəflənib".
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbulda deyib.

Nazir, azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq işlərindən danışaraq, dost və tərəfdaş ölkələrin bərpa və quruculuq prosesində ölkəmizə dəstək olmasını minnətdarlıqla qeyd edib.

Azərbaycanın bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək və beynəlxalq platformalarda fəal iştirak etmək siyasətinin qarşıdan gələn ildə də uğurla həyata keçiriləcəyini söyləyən Ceyhun Bayramov diplomatik korpusa səmərəli diplomatik fəaliyyətlərinə görə təşəkkür edib və onları Yeni 2022-ci il münasibətilə təbrik edib.

AzVision.az



Teqlər: Ceyhun-Bayramov  



Xəbər lenti