AZAL Təl-Əvivdən gələn sərnişinlərə müraciət etdi

AZAL Təl-Əvivdən gələn sərnişinlərə müraciət etdi
  18 Dekabr 2021    Oxunub:595
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Təl-Əvivdən Bakıya səyahət edən sərnişinlərinə müraciət edib.
AZAL-dan AzVision.az -a verilən məlumata görə, gələn il yanvarın 17-dən 31-dək Təl-Əviv hava limanında (TLV) sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə əlaqədar olaraq, AZAL-ın Tel-Əviv-Bakı marşrutu üzrə reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək.

“Uçuşu bu elanda göstərilən tarixlərə düşən sərnişinlərdən xahiş olunur ki, Tel-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər” - müraciətdə bildirilir.

AzVision.az


Teqlər: AZAL  



Xəbər lenti