Şirvanda üç restoranda karantin qaydaları pozulub

Şirvanda üç restoranda karantin qaydaları pozulub
  18 Dekabr 2021    Oxunub:841
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən “Sərvət Palace”, “Tural” və “Leyla” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.

Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirllər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

AzVision.az


Teqlər: Koronavirus  



Xəbər lenti