Polis Vətəndaşlardan 16 ov tüfəngi götürüb

Polis Vətəndaşlardan 16 ov tüfəngi götürüb
  18 Dekabr 2021    Oxunub:1129
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Ovtüfəngi  



Xəbər lenti