Ələtdə qəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb
Dünən evə buraxılan yaralılardan biri də gecə saatlarında yenidən geri qayıdıb. Hazırda KTM-də qəzada yaralanan 6 nəfər var. Onlardan 3-ü reanimasiyada, 3-ü isə şöbədədir.
Qeyd edək ki, dünən gecə Bakıdan Gədəbəyə gedən mikroavtobus Ələt qəsəbəsində minik maşını ilə toqquşub, nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Qəza







Vaxtında, Aydın, Lazımlı!


