Hərbi hissələrin avtomobil parkı ilə tanış olan Müdafiə nazirinə bildirilib ki, alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.
Döyüş hazırlığı planına uyğun olaraq keçirilən məşğələlərin gedişatını izləyən Müdafiə nazirinə məruzə edilib ki, silahlanmaya yeni qəbul olunmuş texnikanın gücü ilə bölmələrin fəaliyyəti daha operativ olub.
Səfər zamanı yeni tikilmiş yeməkxananın da açılışı olub. Müasir avadanlıqla təchiz edilmiş mətbəx, hərbi qulluqçuların isti yeməklə qidalanmasını təmin edən personal üçün ayrıca istirahət otağı, ərzaq anbarları və digər sahələrdən ibarət yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


