"Yeni islahat 2,1 milyondan çox vətəndaşın rifahına dəstək olacaq" - Nazir
Qeyd olunub ki, vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir:
"Dövlət başçısının yeni imzalanan Sərəncamları da bunun əyani nümunəsi olmaqla, 1 milyonadək işçinin əməkhaqqının artırılmasını təmin edir. Bu artım üçün illik 742 milyon manat əlavə vəsait ayrılıb. Bu artımlarla cənab Prezidentin 2021-ci il 16 oktyabr tarixli Sərəncamı əsasında sosial islahatların yeni mərhələsi başlanır.
Ümumən son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 37%, median əməkhaqqı 74%, əməkhaqqı fondu 92% artıb. Minimum pensiyada 82%, orta aylıq pensiyada 60%, müavinət və təqaüdlərdə orta hesabla iki dəfə artım baş verib", - nazir bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


