Tokioda Azərbaycan Ticarət Evi açılacaq

Tokioda Azərbaycan Ticarət Evi açılacaq
  18 Dekabr 2021    Oxunub:770
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
AzVision.az xəbər verir ki, iqtisadiyyat naziri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib, Azərbaycan-Yaponiya ticarət əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıb.

Görüşdə Tokioda “Azərbaycan Ticarət Evi”nin və Bakıda “Japan Premium House”un yaradılması layihələrinin ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib.



Səfir Cuniçi Vada “2022 Azərbaycan - Yaponiya Dostluq İli” çərçivəsində həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüb.

Tərəflər ölkələrimiz arasında sərmayələrin təşviqi və qorunması haqqında Sazişin, gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiyanın imzalanmasının sürətləndirilməsi, energetika, ətraf mühit, “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.

AzVision.az




Teqlər:





Xəbər lenti