Karantin qaydalarını pozan hotel rəhbəri cərimələndi
Müəssisədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərinin pozulduğu, masalararası və oturacaqlararası məsafəyə riayət olunmadığı, masaların üzərində dezinfeksiyaedici məhlulların yerləşdirilmədiyi, işçi personalın fərdi qoruyucu vasitələrdən (maska, əlcək və s.) təlimata uyğun istifadə etmədiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.
AzVision.az
Teqlər: AQTA







Vaxtında, Aydın, Lazımlı!


