Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub
  18 Dekabr 2021    Oxunub:1184
Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifələri və hüquqları açıqlanıb
AzVision.az bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanda əks olunub.

Fərmana əsasən, Dövlət Komissiyasının fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq Telekommunikasiya İttifaqının (bundan sonra – BTİ) Radiorabitə Reqlamentinə və bu sahədə digər beynəlxalq təşkilatların qərar və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının radioxidmətləri arasında radiotezlik spektrinin bölünməsini təmin etmək;

2.1.2. Azərbaycan Respublikasında radiotezlik zolaqlarının ayrılması və onlardan istifadə üzrə perspektiv istiqamətləri müəyyən etmək;

2.1.3. radiotezlik zolaqlarını ayırmaq;

 2.1.4. radiotezliklərdən və radioelektron vasitələrdən istifadənin səmərəliliyini təhlil etmək və onlardan effektiv istifadə edilməsinə dair təkliflər hazırlamaq;

2.1.5. müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiqi üzrə əlaqələndirmə işini təşkil etmək;

2.1.6. BTİ və digər beynəlxalq təşkilatlar çərçivəsində ümumdünya və regional radiorabitə konfranslarına hazırlıq üçün radiotezlik spektrinin bölünməsi və ondan istifadə ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək.

AzVision.az


Teqlər: Prezident   Fərman  



Xəbər lenti