Baş nazir neft emalı zavodundakı yenidənqurma işləri ilə tanış olub

Baş nazir neft emalı zavodundakı yenidənqurma işləri ilə tanış olub
  18 Dekabr 2021    Oxunub:1129
Bu gün Baş nazir Əli Əsədov Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya və yenidənqurma işləri ilə tanış olub.
Nazirlər Kabinetindən AzVision.az -a verilən məlumata görə, tanışlıqdan sonra Baş nazirin sədrliyi, SOCAR-ın Müşahidə Şurası sədrinin və üzvlərinin, Şirkətin prezidentinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə modernizasiya və yenidənqurma işlərinin cədvələ uyğun aparılması məsələsi diqqət mərkəzində olub, görülən və görüləcək işlər müzakirə edilib. Qarşıda duran məsələlər müəyyən edilərək müvafiq işlərin vaxtında və tam şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.





AzVision.az



Teqlər: Nazirlər-Kabineti  



Xəbər lenti