Abşeronda kişi arvadının başını kəsdi, oğlunu yaraladı

Abşeronda kişi arvadının başını kəsdi, oğlunu yaraladı
  18 Dekabr 2021    Oxunub:1379
Abşeronda ər arvadını qətlə yetirib.
Abşeron Rayon Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, bu gün saat 15 radələrində Xırdalan şəhəri ərazisində, Quşçuluq yaşayış massivində 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadı 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanı öldürməsi, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.

AzVision.az



Teqlər: Cinayət  



Xəbər lenti