Pakistanın və Azərbaycan XİN başçıları görüşüblər
“Sizi Pakistanda salamlamaqdan məmnunam Ceyhun Bayramov. İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş 17-ci növbədənkənar iclasında uğurlu nəticələr üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana səfər edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.
AzVision.az
Teqlər: Pakistan Azərbaycan XİN







Vaxtında, Aydın, Lazımlı!


