Sabah Azərbaycana qış gəlir

   Sabah Azərbaycana qış gəlir
  20 Dekabr 2021    Oxunub:1106
Bu il ölkəmizə qış fəsli dekabrın 21-i saat 19:59–da Azərbaycana qədəm qoyacaq.
Bu barədə AzVision.az -a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur.

Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

AzVision.az


Teqlər: Hava   Qış  



Xəbər lenti