Beşdən çox uşağı olan qadınlara şad xəbər

   Beşdən çox uşağı olan qadınlara şad xəbər
  20 Dekabr 2021    Oxunub:618
Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb.
AzVision.az -ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

AzVision.az



Teqlər: Qadın   Uşaq  



Xəbər lenti