İstehlakçıların hüquqlarının pozulmasına dair 4500 müraciət daxil olub

İstehlakçıların hüquqlarının pozulmasına dair 4500 müraciət daxil olub
  20 Dekabr 2021    Oxunub:1334
"Cari ilin 11 ayı ərzində istehlakçıların hüquqlarının pozulmasına dair 4 500 müraciət daxil olub”.
AzVision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sahib Məmmədov deyib. O bildirib ki, görülən tədbirlər nəticəsində 330 min manat dəyərində istehlakçı tələbləri təmin olunub:

“Şikayətlər daha çox istehlakçı ilə sahibkarlıq subyektləri arasındakı müqavilələrlə bağlı, elektron ticarətin tətbiqindən istifadə, xarici ölkələrdən alınan malların daşınması ilə bağlıdır. Təbii ki, bu istiqamətdə zəruri maarifləndirici tədbirlər görülüb və istehlakçı məmnuniyyətinin təmin olunması ilə bağlı təlimat verilib”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti