"Prezidentin Brüssel səfəri Aİ-nın Cənubi Qafqaza yönəlik siyasətini dəyişəcək" - Azay Quliyev
İkincisi, Şarl Mişel ermənilərin arzusunun əksinə olaraq "Dağlıq Qarabağ münaqişəsi" sözünü işlətmədi, Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması prosesində ATƏT-in Minsk Qrupuna istinad etmədi. Tam əksinə ölkəmizin irəli sürdüyü Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının vacibliyini bildirdi. Bu isə Aİ-nın regionda yeni yaranmış reallığı qəbul etdiyini, Azərbaycanın bu məsələdə sərgilədiyi qətiyyətli mövqeyinə və prinsipal siyasətinə hörmətlə yanaşdığını göstərir. Bu, həm də ermənipərəst Fransanın müəyyən mənada neytrallaşdırılması deməkdir, baxmayaraq ki, Makron gələn ilin aprelində keçiriləcək prezident seçkilərində xal qazanmaq üçün cənab Prezidentdən görüş xahiş etmişdi və bizim Prezident də nəzakət xatirinə buna etiraz etməmişdi.
Üçüncüsü, cənab Prezident ilk dəfə Bresseldə Zəngəzur dəhlizi ilə bağlı ölkəmizin net və açıq mövqeyini ortaya qoyaraq bildirdi ki, Zəngəzur və Laçın dəhlizinə eyni satatus verilməlidir. Ya hər ikisində gömrük və ya sərhəd yoxlaması olmadan keçid imkanı tanınmalı, ya da əgər Zəngəzur dəhlizinə bu yoxlamalar tətbiq ediləcəksə, o zaman eyni hüquqi prosedurlar Laçın dəhlizinə də tətbiq edilməlidir".
Deputata qeyd edib ki, Azərbaycanın 100 il bundan əvvəl qoparılmış qərbi Zəngəzur torpaqlarına maneəsiz keçid əldə etməsi, ya da Laçın dəhlizindəki sərbəst buraxılış rejiminə son qoyulması üçün tarixi fürsətdi:
"Bütün bunların fonunda Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün təcrübəli diplomatını, ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıcı xüsusi nümayəndə təyin etməsi və normallaşdırma prosesinin Azərbaycanla razılaşdırılması haqqında verdiyi bəyanat Cənubi Qafqazda yeni təşəbbüslərə start verildiyindən xəbər verir. Son günlər baş verən bütün bu hadisələr Azərbaycanın maraqları və ssenarisi əsasında baş verir və ümid edirəm ki, yaxın gələcəkdə biz bunun konkret nəticələrini görə biləcəyik".
AzVision.az
Teqlər: Brüssel Azay-Quliyev







Vaxtında, Aydın, Lazımlı!


