Hərbi helikopterin “qara qutu”su oxunub

   Hərbi helikopterin “qara qutu”su oxunub
  20 Dekabr 2021    Oxunub:925
Dövlət Sərhəd Xidmətinin Xızıda qəzaya uğrayan hərbi helikopterinin “qara qutu”sunda qeyd alınan səs yazıları Azərbaycana təqdim olunub.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.

""Qara qutu" hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib", - vurğulayıb.

Tural Tağıyev
AzVision.az


Teqlər: DSX   Helikopter  



Xəbər lenti