"Antinarkomaniya-Parlaq Gənclik" adlı tədbir keçirilib

"Antinarkomaniya-Parlaq Gənclik" adlı tədbir keçirilib
  20 Dekabr 2021    Oxunub:244
Dekabrın 17-i Bakı Dövlət Universitetində Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən "Antinarkomaniya-Parlaq Gənclik" adlı tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd narkomaniya və bu kimi zərərli vərdişlərə qarşı gənclərin düzgün maarifləndirilməsi, zərərli vərdişlərin fəsadları ilə bağlı məlumatlandırma, yeniyetmə və gənclərin yaxşı təhsil və sağlam həyat tərzi seçməsinə dəstək vermək, ümumilikdə məlum sosial bəlaya qarşı mübarizədə iştirak etməkdən ibarət olub. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ülkər Həsənova layihə haqqında ətralı məlumat verib. Daha sonra layihə çərçivəsində hazırlanmış maarifləndirici video-çarx nümayiş olunub. Tədbirə təlimçi qismində dəvət olunmuş Orxan Şahbaz narkomaniya, zərərli vərdişlər və onlardan uzaq durmağın yolları haqda ətraflı danışıb.





AzVision.az



Teqlər:





Xəbər lenti