"Smart Customs" ilin mobil tətbiqi oldu
Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib. "Dövlət və Cəmiyyət" nominasiyası üzrə Dövlət Gömrük Komitəsinin "Smart Customs" layihəsi "NETTY-2021" Azərbaycan Milli İnternet Mükafatında ilin mobil tətbiqi olub.
Xatırladaq ki, 2021-ci il yanvarın 1-dən təkmilləşdirilmiş "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb.
Bu layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradıb.
Onu da qeyd edək ki, 2004-cü ildə təsis edilən, 2005-ci ildən keçirilən NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


