“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə görüş üçün təşəkkürünü bildirərək Təşkilatın şəhid ailələri ilə bağlı həyata keçirdiyi layihələr və qarşıda duran fəaliyyət planları haqqında məlumat verib.
Görüş iştirakçıları qeyd etdilər ki, şəhid övladlarının ikitərəfli sosial layihələrdə iştirakı, Türkiyə Respublikasında ali təhsilə yiyələnməsi, bilik və bacarıqlarının artırılması əsas məqsədlərdən biridir.
Berna severge Bayizit yay tətilində şəhid övladlarının İstanbul Kent Universitetində təcrübə proqramlarına cəlb olunmasının önəmliliyini vurğulayıb. Görüşdə gələcəkdə İstanbul Kent Universiteti ilə birlikdə şəhid övladları üçün Türkiyə Respublikasında yay düşərgələrinin təşkili təklifi dəstəklənib.
Qeyd edək ki, İstanbul Kent Universiteti ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında əməkdaşlığın davam etməsi, birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


