Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
  20 Dekabr 2021    Oxunub:663
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 066 951, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 140 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 641 918, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 284 115 təşkil edir.

AzVision.az



Teqlər: Peyvənd  





Xəbər lenti