Davos İqtisadi Forumu “Omikron”a görə təxirə salınıb

   Davos İqtisadi Forumu “Omikron”a görə təxirə salınıb
  20 Dekabr 2021    Oxunub:1010
İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, buna səbəb koronavirusun Avropada sürətlə yayılan “Omikron” ştamıdır.

Məlumata görə, tədbirin təxirə salınması ilə əlaqədar iştirakçılara bilgi verilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun yanvarın 17-21-də keçirilməsi planlaşdırılırdı.

AzVision.az



Teqlər:



Xəbər lenti